Marneuli bələdiyyəsinin Saimerlo kəndinin sakinlərinə bir həftədir
ki, içməli su məhdudiyyətlə verilirdi.
Saimerlo kəndinin bir neçə sakini “Marneuli” radiosu ilə söhbəti
zamanı bildirdilər ki, onlara içməli su məhdudiyyətlə verilir, bu
gün səhər saatlarından isə içməli suyun verilməsi tamamilə
dayandırılıb.
“Gürcüstan Birləşmiş Su Təchizatı” şirkətindən “Marneuli” radiosuna
bildirdilər ki, Saimerloda içməli suyun məhdudlaşdırılmasına bəzi
yerlərdə boruların partlaması
səbəb olub. Şirkətdən bildirirlər ki,
içməli suyun verilməsi müəyyən müddətə bərpa olunub, amma başqa
yerlərdə də boru partlaması qeydə alınıb və indiki mərhələdə həmin
yerlərdə təmir işləri aparılır.
Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin məlumatına görə,
Saimerloda içməli su saat 18:00-da bərpa olunmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415