Azərbaycan Prezidenti Gürcüstanın Müstəqillik Günü münasibətilə Baş
nazir İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Baş nazir,
Dost Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə
və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimi çatdırıram.
Azərbaycan-Gürcüstan əlaqələri əsrlər boyu mehriban qonşuluq və
qarşılıqlı anlaşma şəraitində yaşamış dost xalqlarımızın sarsılmaz
iradəsindən və məramından qaynaqlanır. Dövlətlərarası
münasibətlərimizin bu gün yeni vüsət alması, qarşılıqlı inam və
dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi
və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur.
Strateji əhəmiyyət daşıyan və birgə həyata keçirdiyimiz nəqliyyat,
enerji və digər infrastruktur layihələri xalqlarımızın mənafelərinə
xidmət etməklə yanaşı, daha geniş regionda – Avrasiya məkanında
önəmli amil rolunu oynayır və əvəzolunmaz imkanlar açır.
Əminəm ki, xalqlarımızın rifahı, bölgəmizin sabitliyi və
təhlükəsizliyi naminə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün
sahələrdə genişləndirilməsi, birgə təşəbbüslərimizin
reallaşdırılması, qarşılıqlı faydalı əməkdaşlığımızın və strateji
tərəfdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə
səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost
Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.