Mixeil Saakaşvili Qiqi Uqulava ilə görüşdən sonra – Hamımız başa düşdük ki, yekunda biz bir ailəyik
“Hamımız başa düşdük ki,
yekunda biz bir ailəyik” – sabiq prezident, “Milli
Hərəkat”ın lideri Mixeil Saakaşvili Helsinkidə “Avropalı Gürcüstan”
partiyasının liderlərindən biri Qiqi Uqulava ilə görüşdən sonra
bildirib.
Onun sözlərinə görə, “Milli Hərəkat” və “Avropa Gürcüstan”dan daha
geniş yeni birlik formalaşır.
“Bizim “Avropa Xalq Partiyası”nın qurultayında
görüşümüz çox mühümdür, çünki “Avropalı Gürcüstan” və “Milli
Hərəkat”ın yaxınlaşmasında, ümumi platformanın yaradılmasında
“Avropa Xalq Partiyası” həlledici rol oynayıb. Qiqi və digər
liderlər çox gözəl mövqe sərgilədiyinə görə Qiqi Uqulavaya təşəkkür
etdim. Bu Gürcüstanda yeni siyasi mədəniyyətin yaranması deməkdir.
Onların çoxlu fəalları var, onların çoxlu səmimi tərəfdarları var
və hamımız başa düşdük ki, yekunda biz bir ailəyik, bizim bir
vətənimiz var, bizim bir hədəfimiz var, bir düşmənimiz var və biz
ölkəmizi xilas etməliyik. Bu iki partiyadan daha geniş, bizim
əlaqələrimizdən daha geniş yeni birlik yaranır.” –
Mixeil Saakaşvili “Rustavi 2” televiziyasına
bildirib.