19 dekabr üçün ulduz falı
Qoç - günün ilk yarısında mənfi təmayüllərin təsiri güclü olacaq. Ehtiyatlı olun, sayıq davranın. Peşəkar fəaliyyətlə bağlı mühüm məsələləri həll etmək üçün yaxşı zaman deyil. Sizə yardım və dəstək vəd edən insanların yardımlarına bel bağlamayın. Kömək etmək istədiklərini deyən insanlar sizin maraqlarınızı nəzərə almırlar.

Buğa - yaranmış situasiyanı mümkün qədər tez dəyərləndirməyə çalışın. Situasiyanı düzgün qiymətləndirsəniz, gününüz pis keçməyəcək. Yanlış ümidlər və illüziyalardan qurtulmağa çalışın. Bu, sizə xoş olmasa da, problemin öhdəsindən gəlin. Ünvanınıza deyilən tənqidlərə diqqətlə qulan asın. Eşidəcəyiniz sözlər arasında məntiqli, ağıllı ifadələr də var.

Əkizlər - emosiyalarınızı nəzarətdə saxlayın. Hisslərinizi cilovlaya bilməsəniz, bunun heç bir yaxşı nəticəsi olmayacaq. Adi vaxtlarla müqayisədə münaqişələrin sayı sürətlə artır. Etiraf edin ki, belə situasiyanın formalaşmasında özünüz də suçlusunuz. İşdə həmkarlar və rəhbərlik istənilən səhvinizə diqqət yetirəcək, sizi nəzarətdə saxlayacaqlar.

Xərçəng - bu gün əməlli-başlı çalışmalısınız. Əldə edəcəyiniz uğurlar gələcək qələbələrinizin rəhni ola bilər. Yeni işgüzar münasibətlərə başlamaq üçün pis zaman deyil. Yeni müttəfiqlər və hamilər axtarışına başlamaq olar. Səyləriniz əbəs olmayacaq. Gördüyünüz işlərə görə mükafat və ya ödəniş əldə etmək asan olmasa da, narahat olmayın. 

Şir - günün ilk yarısında aktiv və qətiyyətli olun. Peşəkar fəaliyyət sahəsində əhəmiyyətli uğurlar əldə edə bilərsiniz. Saatlar keçdikcə sədlər və maneələrin sayı artacaq. Etibar etdiyiniz müttəfiqə, köhnə dosta üz tutaraq yardım istəyə bilərsiniz. Bununla belə, müraciətinizə rədd cavabı da istisna deyil.

Qız - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı davranın. Sizi aldatmağa, fırıldaq və kələyin qurbanı etməyə çalışan insan var. Mənfi təmayüllərin təsiri saatlar keçdikcə azalacaq. Son vaxtlar sizi narahat edən bir sıra məsələlər həllini tapa bilər. Yeni işlərə başlamağa tələsməyin. Həmin işləri həyata keçirəcəyiniz yolda dəf ediləsi çox çətin problemlər yarada bilər.

Tərəzi - əsas məsələ sakitliyi qorumaq və ya heç olmasa, belə görüntü yaratmaqdır. Qeyri-rəvan, gərgin gündür. Mahiyyət etibarilə pis zaman deyil. Sadəcə, başınızı itirməyin, çaş-baş qalmayın. Yeni layihə və işlərin reallaşdırılmasında irəliləyə bilərsiniz.

Əqrəb - bu günə hansısa mühüm işi planlaşdırıbsınızsa, təkbaşına və müstəqil işləməyə hazır olun. Müttəfiqlərlə dil tapmaq asan deyil. Sizi yanlış anlayacaqlar. Birgə layihələrin həyata keçirilməsi fikir ayrılıqları və münaqişələr yarada bilər.

Oxatan - aktiv və qətiyyətli olun. Sizinlə mübahisə etmək çətindir. Amma bu, o demək deyil ki, bütün məsələlərdə haqlısınız. Yaxın ətrafınızdakı insanların barənizdə dedikləri sözlərə diqqətlə qulaq asın. Səfər və səyahətlər planlaşdırılandan artıq vaxt alacaq. Qəfil təxirəsalma və gecikmə mühüm görüşün baş tutmamasına səbəb ola bilər. Amma narahat olmayın, görüşəcəyiniz insan sinirlənməyəcək.

Oğlaq - peşəkar fəaliyyət sahəsində çiyinlərinə düşən yüklər az deyil. Yeni öhdəliklər və qayğılar peyda olur. Gördüyünüz əməyin müqabilində istədiyiniz məbləği ala bilmirsiniz. Vaxtınızı dürüst dəyərləndirsəniz, çox iş görə bilərsiniz. Uğurlarınız məhsuldar çalışa bilməyən insanlarda paxıllıq yaradır.

Dolça - özünüzü həddən artıq yormayın, görə biləcəyiniz işlərə başlayın. İmkan və potensialınızın hüdudsuz olmadığını bilin. İfrat yorğunluq qıcıq mənbəyi ola bilər. Başağrısı və yuxusuzluq yarada biləcək məqamların sayının azaldılmasına çalışın.

Balıqlar - uğurlu gündür, çətin problemlərinizi həll edə bilərsiniz. Rəqiblər və bədxahlarla müqayisədə mürəkkəb işləri daha tez başa vura bilərsiniz. İşgüzar tərəfdaş və ya işdəki rəhbərliklə münasibətlərinizdəki çoxdankı ixtilafı çözə bilərsiniz. Peşəkar mövqelərinizi daha da möhkəmləndirin. Amma son vaxtlar bədxahlarınızı dəstəkləyən insanların son zamanlar mövqelərini dəyişməsi şübhəlidir. Buna inanmayın.
Print ელ. ფოსტა
თეგები: Ulduz fali Marneulifm Marneuli
FaceBook Twitter Google