Tbilisinin meri "maşınların paylaşılması" sisteminin qurulmasını planlaşdırır
Kaxa Kaladze
maşınların paylaşılması ("car shearing") sisteminin qurulmasını
planlaşdırır.
Merin sözlərinə görə artıq mobil
aplikasiyaların vasitəsilə Tbilisidə elektrik maşınların
kirayələnməsini həyata keçirəcək bir şirkət seçilib. Kaxa
Kaladzenin sözlərinə görə bu layihə Avropanın çox şəhərlərində
qüvvədədir. Paytaxtın meri qeyd edir ki, elektrik maşpnları
vətəndaşlar uyğun qiymətə kirayələyə biləcəklər.
"Hər kəs şəhərdə müxtəlif yerlərdə saxlanılmış
avtomobili götürə biləcək. Onlar həmin avtomobildən gün ərzində,
yaxud istədikləri qədər istifadə edə biləcəklər. Bu layihə bizim
üçün çox vacib idi və müxtəlif biznes sektor nümayəndələri ilə
söhbətimiz oldu. Bir biznes qrup bu layihə ilə maraqlandı və onlar
yaxın gələcəkdə təqdimat edəcəklər"- deyir
Kaladze.
Layihə haqqında Tbilisi meri Facebook live zamanı danışıb.
Kaladzenin sözlərinə görə avtomobili açmaq, işə salmaq və sonra
saxlamaq aplikasiya vasitəsilə olacaq. Mer izah edir ki, layihənin
ilk mərhələsində üç növ avtomobil: nissan, smart və reno
gətiriləcək.
Avtomobillərin ümumi sayı ilk mərhələdə 300 olacaq.