2018-ci ildə 105 həkimin çalışmaq hüququ dayandırılıb, iki həkimin isə çalışmaq hüququ ləğv olunub
Tibbi Fəaliyyət
üzrə Dövlət Tənzimləmə Agentliyi 2018-ci ilin çalışma hesabatını
yayımlayıb.
Hesabata əsasən 2018-ci il ərzində Peşəkar
İnkişaf Şurasının 8 iclası keçirilib. Şura xəstələrə göstərilən
tibbi xidmətlə bağlı 162 məsəlni (cəmi – 348 həkim) müzakirə edib.
Nəticədə hesabatda qeyd olunduğuna görə, 342 həkimə peşəkar
məsuliyyət öhdəliyi qoyub.
Həmçinin, 235 həkimə “yazılı xəbərdarlıq” edilib. 105 həkimin
dövlət sertifikarının qüvvədə olması müxtəlif müddətlərdə
dayandırılıb (1 ay-54 həkim, 2 ay-36 həkim, 3 ay-11 həkim, 4 ay- 3
həkim, 5 ay-1 həkim). 2 həkimin dövlət sertifikatı ləğv olunacaq. 6
həkimə isə peşə məsuliyyəti öhdəliyi qoyulmayıb.