Sürücülər üçün mülki cavabdehlik sığortası məcburi ola bilər
Avtomobil və
motosiklet sürücüləri üçün mülki cavabdehlik sığortası məcburi ola
bilər.
Müvafiq qanun layihəsini Maliyyə Nazirliyinin
hüquqi təşkilatları, Gürcüstanın Sığorta üzrə Dövlət Nəzarəti
Xidməti hazırlayıb.
İzahat naməsində yazılıb ki, mülki cavabdehlik sığortası üçüncü
şəxsə dəyən zərərin ödənməsini nəzərdə tutur. Qanun layihəsi bir
növ zəmanət yaradır ki, yol-nəqliyyat hadisələri zamanı dəyən zərər
mütləq ödəniləcək.
Qanunlayihəyə əsasən mülki cavabdehliyin məcburi sığortası bir
tərəfdən sürücüyə digər tərəfdən isə zərərçəkənin həyatına,
sağlamlığına və mülkünə dəymiş zərər olan zaman maddi zəmanət
olacaq.
“Nəqliyyat vasitəsinin sahibi mülki cavabdehlik üçün məcburi
sığorta ilə öhdəlik götürür ki, nəqliyyat vasitəsinin hərəkəti
zamanı sürücünün iştirakı ilə zərərçəkənə dəymiş zərərlə bağlı
ödəməli olduğu maddi ziyanı ödəmək öhdəliyi götürür” – qanun
layihədə yazılıb.
Qanun layihənin qəbul edilməsi halında dəyişiklik Gürcüstanın bütün
vətəndaşlarına və Gürcüstan ərazisində qeydiyyatdan keçmiş
nəqliyyat vasitələri ilə hərəkət edən, vətəndaşlığı olmayan
şəxslərə aid olacaq.
Qanun layihəsi sığortanın illik minimal vergisini nəqliyyat
vasitələrinin kateqoriyasına əsasən müəyyən edir:
Motosikl üçün – 75.00- 110.00 lari;
Minik maşını üçün – 00.00-150 lari;
Avtobus üçün – 160.00 – 240.00 lari;
Yük maşını üçün – 210.00- 310.00 lari;
Qoşqu üçün – 50.00- 75.00 lari;
Kənd təsərrüfatı maşını, xüsusi ölçüdə hərəkət edən maşın üçün –
60.00 – 90.00 lari.
Qanun layihəsinə əsasən sağlamlığa zərər vurmağa görə tibbi xidmət
üçün ödəmənin maksimum miqdarı 15 000 laridir.
Dünyasını dəyişdiyi halda isə bu məbləğ 30 000 lariyə qədər
artır.
Belə ki, dövlət sağlamlıq proqramında olan zərərçəkənlərə yol
nəqliyyat hadisəsi nəticəsində zərərin qarşılanması bu sığorta
sistemi ilə olacaq.
Qanun layihəsində yazılıb ki, nəqliyyat vasitəsinin sahibləri
sığorta üçün lazımı məbləği xüsusi olaraq yaradılmış ictimai hüquqi
şəxsin məcburi sığorta bürosunda ödəyəcəklər.
Qanun layihənin büdcənin gəlirlər hissəsinə müsbət təsiri olacaq,
çünki büdcənin xeyrinə məcburi sığortada iştirak edən sığortaçı
tərəfindən vergi gəlirləri artacaq. Belə ki, sığortasız nəqliyyat
vasitələrinin sahibləri inzibati qaydada cərimələnəcəklər və bu da
büdcənin gəlir hissəsinə təsir edəcək.
Qanun layihəsinin büdcənin xərclənən hissəsinə də təsiri olacaq.
Əgər dəyişikliklər təsdiqlənərsə büdcədən nəqliyyat vasitəsi olan
və qanun çərçivəsində sığorta almalı olan müəsssələr üçün xərclər
ayrılacaq. Əgər parlament qanun layihəsini dəstəkləyərsə dəyişiklik
2019-cu ilin bir iyulundan qüvvəyə minəcək.