Gürcüstanı "Avrovizia 2019"da Oto Nemsadze təmsil edəcək
İctimai
Yayımçının “Birinci kanalın” “Gürcüstan ulduzları” layihəsinin
qalibi Oto Nemsadze olub.
Müvafiq olaraq məhz o, Gürcüstanı “Avrovizia
2019”da təmsil edəcək. Bu sayca 64-cü avroviziya olacaq və may
ayında İsraildə, Tel-Aviv də baş tutacaq.
“Gürcüstan ulduzlarının” finalında eləcə də Oto Nemsadzenin
Avrovizia 2019-da çıxış edəcəyi mahnı da təqdim olunub.
“Gürcüstan ulduzları”nın finalçıları Liza Kalandia, Oto Nemsadze,
Giorgi Nakaşidze və Giorgi Pruidze idi. Layihə “Birinci kanalda” 5
yanvarda başlayıb.
Oto Nemsadze illər əvvəl Rustavi 2-nin “Geostar” layihəsinin qalibi
olub.