İstintaq xidməti tərəfindən gömrük qaydasının pozulması faktları müəyyən edilib
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində külli miqdarda bəyan edilməmiş müxtəlif növ yüklərin ölkəyə gətirilməsi ilə bağlı iki fakt aşkar ediblər. Bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.

Onların verdiyi məlumata görə, istintaq müəyyən edib ki, bir halda Livan vətəndaşı Batumi hava limanı vasitəsilə Türkiyə Respublikasından Gürcüstana gömrük nəzarətindən
gizli olaraq 11 kiloqrama yaxın gümüşdən və mirvaridən hazırlanmış qızıl-zinət əşyaları keçirib. ikinci halda Ermənistan Respublikasından Gürcüstana Sadaxlo gömrük-keçid məntəqəsindən avtomobilə düzülmüş 217 qram qızıl məmulat gizlədilməsi yolu ilə gətirilib.

“Aparılmış istintaq hərəkətləri nəticəsində götürülmüş qızıl-zinət əşyalarının ümumi gömrük dəyəri 42 383 lari təşkil edir. İş Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin birinci və ikinci hissələri ilə araşdırılır”, - məlumatda deyilir.

Mənbə: BPN
Print ელ. ფოსტა
FaceBook Twitter Google