Krım körpüsünün partlaması ilə Gürcüstanın heç bir əlaqəsi yoxdur- Daraxvelidze
Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, Krım körpüsünün partlaması ilə Gürcüstanın heç bir əlaqəsi yoxdur.


O, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Gürcüstanın qeyd olunan məsələ ilə heç bir əlaqəsi yoxdur. Gürcüstanda həm tranzit, həm də qeyri-tranzit yüklər gömrük nəzarətindən keçir və buna bənzər şübhəli faktlar müşahidə olunmayıb”,
- Daraxvelidze bildirib.

Maliyyə nazirinin müavini
Qioqi Kakauridze də əvvəlki insidentlə əlaqəni təkzib edib. O, bildirib ki, trotil və digər partlayıcılarla dolu yük maşını Gürcüstanın gömrük sərhədindən keçməyib.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
თეგები: Daraxvelidze Gürcüstan Krım
FaceBook Twitter Google