Daxili İşlər Nazirliyinin məlumatına görə, Martvili
bələdiyyəsində 1958-ci il təvəllüdlü M.C. ailə üzvünə qarşı
ağırlaşdırıcı
şəraitdə adam öldürməyə cəhddə ittiham olunub. O, saxlanılıb.
Agentliyin məlumatına görə, ata ov tüfəngindən açdığı atəşlə
oğlunun üzündən və kürəyindən xəsarət yetirib.
“İstintaqda müəyyən edilib ki, Martvil bələdiyyəsində
təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində ov tüfəngindən
açdığı atəşlə oğlu, 1994-cü il təvəllüdlü L.J.-nin üzündən və
kürəyindən xəsarət yetirib.
Yaralı L.J. təcili tibbi yardım briqadası tərəfindən tibb
müəssisəsinə aparılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən
şəxs polis tərəfindən isti izlərlə saxlanılıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları cinayət silahını sübut kimi
götürüblər”, - deyə məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ailə üzvünə qarşı
ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd faktı üzrə
Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin “k” bəndi ilə araşdırma
aparılır.
Cinayət 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.