Milli Ətraf Mühit Agentliyinin apardığı laboratoriya
araşdırmalarına görə, Qara dənizin suyunun keyfiyyəti bütün
perimetr üzrə norma daxilindədir. Məlumatı Milli Ətraf Mühit
Agentliyi yayıb.
Onların öz məlumatına görə, agentlik Qara dənizin suyunun
keyfiyyətinə davamlı olaraq, hər ay 12 nöqtədə nəzarət edir.
“Tədqiqatlar zamanı hidrobioloji və kimyəvi
parametrlər, o cümlədən 13 ağır metalın, ümumi neft
karbohidrogenlərinin, 16 poliaromatik karbohidrogenlərin
konsentrasiyası və digər fiziki-kimyəvi parametrlər müəyyən edilir.
Qara dənizdən götürülmüş nümunələr analiz üçün Milli Ekologiya
Agentliyinin atmosfer havası sularının və torpaq analizlərinin
akkreditə olunmuş laboratoriyasına göndərilir. Laboratoriya yüksək
dəqiqlikli analitik alətlərlə təchiz olunub və müasir tələblərə və
standartlara tam cavab verir. Qeyd edək ki, Avropa İttifaqının
dəniz strategiyasının çərçivə direktivinə uyğun olaraq, Milli Ətraf
Mühit Agentliyi monitorinq sisteminin təkmilləşdirilməsi üzərində
fəal işləyir”, - məlumatda deyilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.