İyunun 15-17-də hava necə olacaq - Milli Ekologiya Agentliyinin proqnozu

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 15-də yüksək temperatur fonunda Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. İyunun 16-17-də ölkənin əksər rayonlarında yağıntılı hava şəraiti gözlənilir.



Qərbi Gürcüstanda havanın temperaturu nisbətən aşağı düşəcək.

Tbilisidə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Tufan ola bilər. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.
Sahil rayonlarında
(Batumi, Kobuleti, Anakliya, Poti): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +25, +27 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi gözlənilir. İyunun 15-də havanın temperaturu gündüz +33, +35 dərəcə isti, iyunun 16-17-də isə +27, +29 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): iyunun 15-i günün sonundan 18-dək yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi gözlənilir, dolu da mümkündür. İyunun 15-də havanın temperaturu gündüz +30, +32 dərəcə isti, iyunun 16-17-də isə +26, +28 dərəcəyə enəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): iyunun 15-i günün sonundan 18-dək arabir yağış yağacağı, şimşək çaxacağı, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): iyunun 15-i günün sonundan 18-dək şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi, küləyin güclənməsi ehtimalı var. Havanın temperaturu gündüz +31, +33 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləklərin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +32, +34 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, küləyin güclənəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): iyunun 15-i günün sonundan 18-dək qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü küləyin əsəcəyi ehtimalı var. Havanın temperaturu gündüz +19, +21 dərəcə təşkil edəcək.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google