"Hamı cəzasını alacaq" — Kaladze Vake Parkı faciəsi haqqında
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, oktyabrın 13-də Vake parkında elektrik cərəyanı vurması nəticəsində ölən yeniyetmənin işi üzrə bütün günahkarlar cəzalandırılacaq.

“Bu, ən pis faktdır. Hamımız həyəcanlıyıq. İstintaq başlayıb, bütün aidiyyatı qurumlar cəlb olunub və təbii ki, hər kəs qanun çərçivəsində müvafiq cəzasını alacaq”, - deyə Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, reabilitasiya layihəsi artıq
çoxdan başa çatıb və “Green Service Plus” tərəfindən həyata keçirilib. Dünən şəhər meriyasının nümayəndələri parka baş çəkiblər.

Meriyanın məsuliyyətini görüb-görmədiyini soruşduqda Kaladze bildirib:

“Əlbəttə [məsuliyyət görürəm] ən böyük mövzudur, ən çətin mövzudur. Hamımız həyəcanlıyıq. Bu, böyük məsuliyyətdir və hər kəsə müvafiq cavab veriləcək”.

Dünən, oktyabrın 13-də Vake parkında 3 yeniyetməni elektrik cərəyanı vurub, onlardan biri - 13 yaşlı qız dünyasını dəyişib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Gürcüstan ölüm Park Tbilisi
FaceBook Twitter Google