Yaxın bir neçə gün ərzində Gürcüstanda qeyri-sabit hava şəraiti davam edəcək
Milli Ekologiya Agentliyinin məlumatına görə, oktyabrın 18-də Gürcüstanda yağıntılı və dumanlı hava şəraiti davam edəcək. Havanın temperaturu düzənliklərdə və aran bölgələrində gündüz +18, +23 dərəcə təşkil edəcək.

Oktyabrın 19-da Gürcüstanın qərbində soyuq və isti keçəcək, şərqi Gürcüstanın bəzi rayonlarında yenidən yağışlı hava gözlənilir.

Oktyabrın 20-21-də Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, güclü qərb küləyinin
əsəcəyi gözlənilir.

Oktyabrın 22-dək Tbilisidə havanın buludlu olacağı, yağış yağacağı gözlənilir. Oktyabrın 21-də şimal-qərb istiqamətindən güclü külək əsəcək. Havanın temperaturunun gün ərzində +19, +21 dərəcə isti olacağı gözlənilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google