Gürcüstanın ən böyük ixrac malları onluğu
Milli Statistika Xidməti 2022-ci ilin 9 ayı üzrə xarici ticarət hesabatını dərc edib. Sənədə əsasən, Gürcüstanın xarici ölkələrə ixracı 37,4% artaraq 4,1 milyard dollar təşkil edib. Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanın ən böyük ixrac malları mis filizləri və konsentratlarıdır. İkinci yeri yüngül avtomobillərin təkrar ixracı tutur.

Gürcüstanın ən böyük on ixrac malları:

1) Mis filizləri
və konsentratları - 753 milyon dollar, əvvəlki illə müqayisədə 31,8% artım (lakin bu, daha çox reeksportdur, belə ki, Gürcüstan həmin dövrdə 568 milyon dəyərində mis filizləri alıb);
2) Yüngül avtomobillərin təkrar ixracı - 590,5 milyon dollar, əvvəlki illə müqayisədə 75% artım;
3) Ferroərintilər - 431,6 milyon dollar, əvvəlki illə müqayisədə 36% artım;
4) Azot gübrələri - 207 milyon dollar, əvvəlki illə müqayisədə 216% artım;
5) Şərablar - 173 milyon dollar, əvvəlki illə müqayisədə 4% artım;
6) Alkohollu içkilər - 106 milyon dollar, əvvəlki illə müqayisədə 0% artım;
7) Elektrik enerjisi - 84 milyon dollar, əvvəlki illə müqayisədə 467% artım;
8) Mineral və şirin sular - 80 milyon dollar, əvvəlki illə müqayisədə 23,5% azalma;
9) Dərman vasitələri - əvvəlki illə müqayisədə 5% artımla 76,5 milyon dollar;
10) Qiymətli metal filizləri və konsentratları - 67 milyon dollar, əvvəlki illə müqayisədə 113% artım.


Digər malların ixracı - 1,5 milyard dollar, əvvəlki illə müqayisədə 28% artıb.

Mənbə: BM
Print ელ. ფოსტა
თეგები: Gürcüstan İdxal İxrac Metal
FaceBook Twitter Google