Bu gün, 10 may tarixində Marneulidə Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin”
təşkilatçılığı ilə “Azərbaycan Evində” baş tutdu.
Tədbiri giriş sözü ilə açan “Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzinin” icraçı direktoru Murad Muradov qonaqları
salamladıqdan sonra Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Sonra çıxış üçün söz Azərbaycan Respublikasının
Gürcüstandakı
səfiri Faiq Quliyevə verilib. Səfir öz çıxışında Heydər Əliyevin
fəaliyyəti, Gürcüstana olan isti munasibəti haqda söz açaraq,
təməli Əliyev tərəfindən qoyulmuş Gürcüstan-Azərbaycan dostluq və
strateji partnyorluq münasibətləri haqda çıxış edib.
Daha sonara tədbirdə Marneuli meri Kənan Omarov, Marmneuli
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Gürcüstan
Parlamentinin keçmiş deputatı Hidayyət Hüseynov çıxış ediblər.
Onlar da çıxışlarında iki ölkə arasındakı dostluq, qardaşlıq,
ikitərəfli tərəfdaşlıq münasibətələrinin yaranmasındakı müstəsna
rolundan bəhs ediblər.
Çıxışlardan sonra GAİM-in rəhbəri Murad Muradov, mərkəzin
“Robotexnika klubu” tərəfində hazırlanmış Heydər Əliyevin 3D
formatda hazırlanmış imzasını səfir Faiq Quliyevə təqdim edib.
Tədbirin sonunda, GAİM tərəfindən elan edilmiş, Heydər Əliyevin
anadan olmasının 101-ci il dönümünə həsr olunmuş, “Ulu Öndərin Ömür
Yolu” adlı məktəblilər arası inşa müsabiqəsinin qalibləri
mükafatlandırılıb.
İnşa müsabiqəsinin qalibləri:
- Güllü Aşırova - Talaveri (Faxralı)
- Nəzrin Turabova - Kvemo Bolnisi (
Kəpənəkçi)
- Səmayə Əliyeva &Liyana Novruzova - Marneuli,
Candar
Qeyd edək ki, tədbirdə din xadimləri, ziyalılar, ictimai-siyasi
xadimlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.