Ukrayna İvanişvilinin ətrafına və başqalarına sanksiya tətbiq edib
Ukrayna prezidenti Vladimir Zelenskinin sərəncamı Ukrayna prezidentinin rəsmi saytında dərc edilib və ona əsasən, İvanişvilinin ətrafına və digər şəxslərə də sanksiyalar tətbiq olunacaq.

Sərəncam dərc edildikdən dərhal sonra qüvvəyə minib.

Oktyabrın 19-da dərc edilən sənədə görə, sanksiyalar Bidzina İvanişvilinin qardaşı Aleksandr İvanişvili və onun həyat yoldaşı Ketevan Xaraidzeyə şamil ediləcək.
Həmçinin Bidzina İvanişvilinin əmisi oğlu olan Uça Mamatsaşviliyə və Uça Mamatsaşvilinin oğlu Tite Mamatsaşviliyə də.

Bundan əlavə, sanksiyalar daha üç gürcüyə - Poti neft terminalının, GULF yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi
olan biznesmen Davit İakobaşviliyə həmçinin Aleksandr Caparidze və Qiorqi Caparidzeyə də şamil olunur.

Sanksiyalara aktivlərin bloklanması, iqtisadi fəaliyyətlə məşğul olmağın qadağan edilməsi, Ukrayna ərazisində fəaliyyətin qadağan edilməsi, lisenziyaların ləğvi və digər iqtisadi məhdudiyyətlər daxildir.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google