7 ayda Gürcüstanda 10 minə yaxın Rusiya biznesi qeydiyyatdan keçib
Martın 1-dən oktyabrın 1-dək Gürcüstanda 9879 Rusiya biznesi qeydiyyatdan keçib.

Milli Statistika Xidmətindən “Business Press News”a verilən məlumata görə, bu qurumlardan 685-i məhdud məsuliyyətli cəmiyyət, onlardan 3-ü xarici müəssisələrin filialı, 9180-i fərdi sahibkar, 14-ü isə qeyri-sahibkarlıq (qeyri-kommersiya) hüquqi şəxsdir.

Qeyd edək ki, Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda qeydiyyatdan keçmiş 685 Rusiya MMC-dən 680-nin fəaliyyəti məlum
deyil.

5 Şirkətin fəaliyyət sahəsi aşağıdakı kimi bölünür:
  • Qəhvə emalı
  • Kompüter proqramlaşdırma fəaliyyətləri
  • Yük avtomobillərinin yol nəqliyyatı
  • Oyun və oyuncaqların istehsalı
  • Restoransız otellər və oxşar yerləşdirmə obyektləri
Mənbə: BPN
Print ელ. ფოსტა
თეგები: biznes Gürcüstan Rusiya
FaceBook Twitter Google