XİN: Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığı dərinləşdirməyə davam edir
Gürcüstan Azərbaycanla əməkdaşlığı dərinləşdirməyə davam edir.

Bunu Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin “nazir saatı” formatında çıxışı zamanı bildirib.

“İki ölkə arasında mövcud olan strateji tərəfdaşlığa əsaslanaraq bir sıra istiqamətlərdə əməkdaşlığımızı dərinləşdirməyə davam edirik. Azərbaycan və Gürcüstan öz ərazisindən keçən nəqliyyat-kommunikasiya dəhlizinin cəlbediciliyinin artırılmasında böyük rol oynayır. Yeni geosiyasi vəziyyəti nəzərə alaraq, Orta Dəhliz vasitəsilə
yükdaşımaların əhəmiyyəti xeyli artıb, bu istiqamətdə Azərbaycan və Türkiyə ilə intensiv əlaqə davam etdirilir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclası Bakıda keçirilib”,
- Darçiaşvili bildirib.

Nazir onu da diqqətə çatdırıb ki, Gürcüstan Türkiyə ilə strateji əlaqələr çərçivəsində fəal əməkdaşlığı davam etdirir.

XİN başçısı əlavə edib ki, iki ölkə arasında Baş nazir və xarici işlər nazirləri səviyyəsində mühüm görüşlər keçirilib, eləcə də nazir müavinləri səviyyəsində işgüzar səfərlər baş tutub. Darçiaşvili qeyd edib ki, uzun fasilədən sonra bu il iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr bərpa edilib.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Türkiyə
FaceBook Twitter Google