Darçiaşvili: Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşü region üçün vacibdir
Gürcüstanın cənub qonşularına münasibətdə xarici siyasəti balanslaşdırılmış tərəfdaşlıq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığa yönəlib.

Bunu, Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili parlamentin "nazir saatı" formatında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Gürcüstanın məqsədi regionda sülh, sabitlik, mehriban qonşuluq və dinamik inkişafı təşviq etməkdir.

XİN başçısı çıxışında Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasındakı
çıxışını xatırladıb. O qeyd edib ki, Baş nazirin də bildirdiyi kimi, Cənubi Qafqazı yeni fürsətlər və iqtisadi artım regionuna çevirmək üçün təsirli addımlar atılmalıdır.

Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçirilən görüşünün Gürcüstan tərəfindən etimad inşası istiqamətində mühüm təşəbbüs olduğunu qeyd edib.

“Hesab edirik ki, bu təşəbbüs və onun həyata keçirilməsi region üçün vacibdir”, - nazir vurğulayıb.

Mənbə: apa.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Ermənistan Gürcüstan
FaceBook Twitter Google