Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başa çatıb - VİDEO
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı 2022” adı altında keçirilən birgə hərbi təlimləri başa çatıb.

Muxrovani hərbi bazasında keçirilən təlimlərin bağlanış mərasimində Gürcüstanın Müdafiə naziri Cuanşer Burçuladze, eləcə də Azərbaycan və Türkiyədən olan nümayəndələr iştirak ediblər. Mərasimdə təlimlərdə iştirak etmiş xüsusi təyinatlılar mükafatlandırılıblar.

Məlumatda qeyd olunub ki, iki həftəlik “Qafqaz Qartalı 2022” təlimlərinin məqsədi Azərbaycan,
Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronizasiya və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir.


Mənbə: apa.az
Print ელ. ფოსტა
FaceBook Twitter Google