Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq
Gürcüstan 2023-cü ildə müdafiə qüvvələrinin şəxsi heyətinin sayını artırmayacaq.

Bu barədə Gürcüstan parlamentinə daxil olan qərar layihəsindən məlum olub.

Bildirilib ki, hökumət parlamentə “2023-cü ildə Gürcüstan müdafiə qüvvələrinin sayının müəyyən edilməsi haqqında” qərar layihəsi təqdim edib. Sənədə əsasən, müdafiə qüvvələrinin sayı mövcud 37 min nəfəri aşmaycaq. Bu, Gürcüstan ordusunun şəxsi heyətinin sayının dəyişməyəcəyi deməkdir.

Məlumata görə, bu məhdudiyyət hərbi vəziyyət rejiminə, ehtiyatda olanlara və müvəqqəti heyət üzvlərinə şamil edilmir. Hazırda Gürcüstanda hərbi xidmət dörd kateqoriyaya bölünür - məc
buri, müqaviləli, kadr və ehtiyatda olanlar.

Mənbə: report.az
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Müdafiə qüvvələri
FaceBook Twitter Google