Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsinə
giriş-çıxışa nəzarəti gücləndirir.
Bunu Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan deyib.
O, bunu Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim
Reşetnikovun da iştirak etdiyi erməni sahibkarlarla görüşdən sonra
açıqlayıb.
Onun sözlərinə görə, Krım körpüsündə törədilən terror aktından
sonra keçid məntəqəsində nəzarət gücləndirilib.
Nazir əlavə edib ki, artıq Reşetnikovla keçid məntəqəsində yüklərin
daşınması üçün daha sərbəst icazənin bərpası məsələsini müzakirə
edib və hazırda orada böyük növbələrin yarandığını qeyd edib.
O, həmçinin Gürcüstanın Poti ilə Rusiyanın Kavkaz limanı arasında
alternativ bərə reyslərinin açılmasının zəruriliyini və hava
yüklərinin daşınmasının vacibliyini qeyd edib.
Xatırladaq ki, oktyabrın 12-də Krım körpüsündə terror aktının
hazırlanmasında iştirak etdiklərinə görə səkkiz nəfərin
saxlanılması barədə məlumat yayılıb.
Onların arasında beş Rusiya, üç Ermənistan və Ukrayna vətəndaşı da
var.
FTX-nin məlumatına görə, partlayıcı qurğunun çatdırılma marşrutu
Bolqarıstan, Ermənistan və Gürcüstan ərazilərindən keçib.