Fransa Senatı Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan və Dağlıq Qarabağın tanınmasına çağıran qətnamə qəbul edib
Noyabrın 15-də Fransa Senatı Ermənistanı dəstəkləyən qətnamə qəbul edib və Azərbaycana qarşı sanksiyaların tətbiqini təklif edib.

“Qətnamədə həmçinin:

- Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasını və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsini tələb edir;

- bütün erməni hərbi əsirləri azad etməyə və öz vətənlərinə qaytarmağa çağırır;

- Fransa hökumətini avropalı tərəfdaşlarla əməkdaşlıq
edərək Azərbaycan hakimiyyətinin əmlakına qarşı diplomatik və iqtisadi tədbirlər və sanksiyalar tətbiq etməyə, habelə Azərbaycandan qaz və neft idxalına embarqo qoymağa dəvət edir;

- Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyini təsdiq edir və hökuməti Dağlıq Qarabağda humanitar ofis yaratmağa dəvət edir;

- hökuməti Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəstək imkanlarını nəzərdən keçirməyə dəvət edir”.


Mənbə: turan.az
Print ელ. ფოსტა
თეგები: Azərbaycan Ermənistan Fransa
FaceBook Twitter Google