Təkrar yoxlama zamanı bir daha at və eşşək əti aşkar edildiyi üçün “Lider” MMC-nin istehsalı dayandırılıb
Milli Qida Agentliyinin Tbilisi şəhər xidməti ət məhsullarında təkrarən at və eşşək əti aşkar etdiyinə görə istehsal prosesini dayandırıb və “Lider” MMC-ni (Qldani A/mikrorayon, 48-ci binaya bitişik) cərimələyib.


Milli Qida Agentliyi ilk dəfə noyabrın 16-da bu şirkətin istehsal etdiyi ət qiyməsində eşşək və at ətinin izlərinin olması, təkrar araşdırmaların aparılması və onun nəticələri barədə məlumatı
bu gün, noyabrın 21-də yayıb.

Qurumun yaydığı və qanunu pozan şirkətə kəsilən cərimənin məbləği göstərilməyən açıqlamada bu faktla bağlı araşdırmaların davam etdiyi bildirilir.



Print ელ. ფოსტა
FaceBook Twitter Google