Bu gün, 26 dekabr tarixində Marneuli Bələdiyyə Məclisinin iclası
keçirilib. İclasda 2023-cü ilin büdcəsi təsdiqlənib.
Yerli özünüidarənin büdcəsi indiki mərhələdə 46 856 300 lari
müəyyən olunub.
Qanunverici orqandan bildirdiklərinə görə, bu, büdcənin yekun
versiyasıdır və mərkəzi hakimiyyətdən də pul gözləyirlər. Gələn
ilin büdcəsində müəyyən edilmiş vəsait haqqında meriyanın
Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia
Naveriani danışıb.
“Büdcə ümumilikdə 46 856 300 lari müəyyən olunub.
Buradan 56 366 lari özümüzün, 490 000 lari isə dövlət büdcəsindən
müəyyən edilib. Ancaq yanvarda dövlət büdcəsindən pul artırılacaq.
Əməkhaqqı üçün 6 813 500 lari nəzərdə tutulub. Mal və xidmət
maddəsində 6 270 400 lari, subsidiyalarda 15 349 000 lari, sosial
təminat 2 811 000 lari nəzərdə tutulub. Ancaq burada da layihə
üzərində işlər aparılır və güman ki, artırılacaq. Hələ layihə sona
qədər işlənməyib. Təsdiqlənmiş versiya verilən kimi ona əsasən pulu
da artıracağıq. Digər xərclər maddəsində 2 338 500 lari nəzərdə
tutulub”, – Maia Naveriani bildirdi.
Vahid Milli Hərəkat Marneuli özünüidarəsinin 2023-cü il büdcəsinin
müzakirəsində iştirak etməyib. VMH-ın üzvü Laşa Kveladze Bələdiyyə
Məclisində çıxış üçün söz istəmişdi. Ancaq Bələdiyyə Məclisinin
sədri ona bu hüququ vermədiyinə görə o, etiraz əlaməti olaraq
zaldan çıxıb. Ona qədər isə Bələdiyyə Məclisinin sədri Amiran
Qiorqadze sonradan Laşa Kveladzeyə söhbət 2023-cü ilin büdcəsinə
keçdikdən sonra çıxış etməyi təklif edib. İclasda iştirak edən
deputatlar yekdilliklə büdcənin təsdiqlənməsini dəstəkləyiblər.
Bələdiyyə Məclisinin bugünkü iclasında
ümumilikdə 7 məsələ müzakirə
olunub. İclas təxminən 20 dəqiqə davam edib.