Bu gün Marneuli ərazisində günəşli hava müşahidə ediləcək
Bu gün, 18 yanvar tarixində Marneuli ərazisində parçalı buludlu hava müşahidə ediləcək. Sinoptiklərin məlumatına görə, axşam saatlarında bələdiyyədə açıq hava olacaq.

Havanın temperaturu gündüz +9 dərəcə isti olacaq, gecə isə temperatur -3 dərəcəyə qədər enəcək.

Məlumata görə, 19 yanvar tarixində bələdiyyə ərazisində gündüz günəşli hava qeydə alınacaq. Gecə saatlarında isə havanın parçalı buludlu olacağı gözlənilir. Gündüz havanın temperaturu +9 dərəcə istini göstərəcək, gecə isə -2 dərəcə şaxta qeydə alınacaq.

20 yanvar tarixinə gəlincə isə Marneuli ərazisində gündüz hava parçalı buludlu olacaq. Gecə saatlarında bələdiyyədə qar yağacağı gözlənilir. Gündüz +6 dərəcə istini olacaq, gecə isə -1 dərəcə şaxta olacaq.


Print ელ. ფოსტა
FaceBook Twitter Google