Paşinyan Qarabağda baş verənlərə görə Rusiya sülhməramlı qüvvələrini günahlandırır

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda baş verən son

hadisələrdə Rusiyanın sülhməramlı missiyasını günahlandırır.

“Əgər sülhməramlılar atəşkəslə bağlı razılığa gələ bilirdilərsə, niyə hücumdan əvvəl Qarabağa hücum olmayacağı ilə bağlı razılığa gələ bilmədilər? Biz öz məsuliyyətimizdən yayınmayacağıq, lakin digər tərəfdən Rusiya sülhməramlı qoşunlarının Qarabağda etdiyi uğursuzluqlara da göz yuma bilmərik”, - Paşinyan vətəndaşlara müraciəti zamanı deyib.

Hazırkı mərhələdə Azərbaycan tərəfinin nəzarətində olmayan və 2020-ci ilin ikinci Qarabağ müharibəsindən sonra Rusiya sülhməramlılarının məsuliyyəti altında olan Qarabağ ərazisində
Azərbaycan sentyabrın “antiterror əməliyyatı” motivi ilə hücuma başlayıb. Qondarma respublikanın məlumatına görə, dinc sakinlər də daxil olmaqla, azı 200 nəfər həlak olub, 400-dən çox mülki şəxs isə yaralanıb. Sentyabrın 20-də qondarma Qarabağ Respublikası Rusiya sülhməramlılarının atəşi dayandırmaq və döyüş hissələrini tərksilah etmək təklifini qəbul edib, bunu Bakı Azərbaycanın növbəti təntənəsi və Qarabağın kapitulyasiyası kimi bəyan edib və eyni zamanda reinteqrasiya və Qarabağ ermənilərinin dinc yanaşı yaşaması planından danışmağa başlayıb.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google