"Abxaziyanın öz planları var" – Şambadan Kobaxidzeyə cavab
“Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı qaytarmaq istəyi heç kəsi təəccübləndirmir, lakin Abxaziyanın vəzifəsi dövlətçiliyi inkişaf etdirmək və möhkəmləndirməkdir”. Bu barədə TASS-a Abxaziyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şamba Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı öz üzvlüyünə qaytarmaq və 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq niyyətində olması barədə bəyanatına cavab verərkən deyib.

“Onlar (Gürcüstan)
30 ildir ki, bizim qayıtmağımızı istəyirlər, həl 300 il də istəyəcəklər, təbii ki, buna kim təəccüblənir? Bu, onların xarici siyasət vəzifəsidir və bizim üçün yeni deyil. Abxaziyanın öz vəzifələri var, o, müstəqil dövlət qurmaq, dövlətçiliyini inkişaf etdirmək və möhkəmləndirməkdir”,
- Şamba bildirib.

Şambanın sözlərinə görə, Abxaziya ilə Gürcüstan arasında “bir çox həll olunmamış problemlər” var.

“Vaxtı gələndə biz bunu müzakirə edəcəyik, baxmayaraq ki, belə bir hazırlığı görməsək də, konfederasiya və ya bu dövlətlə hər hansı digər münasibətlə bağlı məsələləri müzakirə etmək fikrində deyilik”, - o deyib.

Şamba qeyd edib ki, 1992-ci il gürcü-abxaz müharibəsi ərəfəsində abxaziyalı siyasətçi Taras Şamba konfederal münasibətlər modelini nəzərdə tutan saziş layihəsini təqdim edib, lakin bu layihə Abxaziya parlamentində müzakirə olunmalı olan gün, Gürcüstan ordusunun qoşunları Abxaziya ərazisinə daxil oldu və müharibə başladı.

"O vaxtdan bəri çox şey dəyişdi və indi bu barədə danışılmır", - deyə Şamba bildirib.

O, həmçinin xatırladıb ki, 2008-ci ildə Abxaziyanın müstəqilliyinin tanınması ərəfəsində Rusiya Gürcüstanla konfederal münasibətlər qurmağı təklif edib, lakin prezident Sergey Baqapş bu təklifdən qəti şəkildə imtina edib.

"Biz Gürcüstana sabitlik və təhlükəsizlik arzulayırıq, onlar öz yolu ilə gedirlər, biz də öz yolumuzla gedirik", - Şamba deyib.

Gürcüstanın baş naziri İrakli Koabxidze Müstəqillik Gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib ki, Gürcüstan “bir növ Musanın yolu”ndan keçir, onun fikrincə, ölkəni şübhəsiz ki, “Musanın yolu vəd edilmiş torpaqlara aparıb çıxaracaq”.

Kobaxidzenin sözlərinə görə, onların “vəd edilmiş torpaqları” və ya “Gürcü arzusu” Gürcüstanın müstəqilliyini bərpa etdikdən 40 il sonra abxaz və osetin vətəndaşları ilə birlikdə güclü və Avropalı Gürcüstanda yaşamaqdır.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google