Biletsiz səyahətə görə yazılan cərimələrin sayı iki dəfə artıb - büdcəyə nə qədər pul daxil olub

2023-cü ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə biletsiz

səyahətə görə cərimələrdən büdcəyə daxil olan məbləğ 128,9 faiz artıb.

O cümlədən, Gürcüstan Maliyyə Nazirliyinin icmal büdcəsinin daxilolmalarına əsasən (konsolidasiya olmadan) bu ilin 8 ayında biletsiz sərnişinlərə 2 613 206 lari, 2022-ci ilin yanvar-avqust aylarında 1 141 386 lari cərimə yazılıb.

Bundan əlavə, sanksiyalardan, ittihamlardan və cərimələrdən büdcəyə daxil olan vəsaitlərin həcmi də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, 8 ayda büdcəyə cərimələrdən 232 milyon 850 milyon lari daxil olub, əvvəlki ilin eyni dövründə bu rəqəm 178 milyon 268 milyon lari olub.

Mənbə:
BPN

 

Print ელ. ფოსტა
თეგები: Gürcüstan
FaceBook Twitter Google