Təhsil Koalisiyası 28 sentyabr tarixində Marneuli Mülki Məşğulluq
Mərkəzində məktəblərdə qidalar ilə bağlı görüş keçirib.
Təşkilatın nümayəndələri Marneulidə fəaliyyət göstərən vətəndaş
cəmiyyəti nümayəndələri, pedaqoqlar və mövzu ilə maraqlanan
şəxslərlə görüşüblər. Onların məktəblərdə qidalanma ilə bağlı
fikirlərini dinləyiblər.
Təhsil Koalisiyasının rəhbəri Qiorqi Çanturianın “Marneuli”
radiosuna verdiyi məlumata görə, bir neçə ildir ki, bu məsələ
üzərində işləməyə başlayıblar və
məktəblərdəki qidalar ilə bağlı
dövlət proqramının qüvvəyə minməsi məqsədi ilə advokatlaşdırma
kampaniyası aparırlar.
“Bir neçə ildir, məktəblərdəki qidalar ilə bağlı
advokatlaşdırma istiqamətində işləyirik. Bu deməkdir ki, dövlətə
müxtəlif yollara məktəbdə qidalanma proqramına başlasınlar. İndi
yeni layihəyə başlamışıq. Layihə USAİD-in vətəndaş cəmiyyəti
iştirakına dəstək proqramı çərçivəsində həyata keçirilir və bu
regionlarda bu ideyanın təbliğ edilməsini, dəstəkçilərin
axtarılmasını, regionlarda konkret problemlərin müəyyən edilməsini
nəzərdə tutur. Bunun üçün yerli ictimaiyyəti dəvət etmişik.
Müəllimlər, mülki fəallar, bu mövzu ilə maraqlananları çağırmışıq
ki, onların fikrini dinləyək. Regional görüşlərimiz yenə olacaq və
ictimaiyyətlə fəal ünsiyyətə davam edirik”, – Təhsil
Koalisiyasının rəhbəri Qiorqi Çanturia bildirir.
Görüşün iştirakçısı, Marneuli bələdiyyəsinin Xocorni kənd
məktəbinin gürcü dili müəllimi Lali Marqiani bildirir ki, məsələnin
qüvvəyə minməsi çox mühümdür. O, düşünür ki, məktəb qidasının
tətbiq edilməsi məktəblərdə şagirdlərin sağlamlığına, akademik
iştirakına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək.
“Qida çox mühümdür. Bunun üçün bir saat tənəffüs
ayrılıb. Səhər saat 9-da məktəbə gələn uşaq ola bilsin, səhər
yeməyi də yemir. Mən ibtidai sinif şagirdlərinə baxanda görürəm ki,
çoxu kolbasa və çörək, bəzisi çips gətirir və qidalandıqlarını
hesab edirlər, özlərini aldadırlar. Düşünürəm, məktəb qidası məktəb
üçün möhtəşəm olar. Şagird deyəndə ki, müəllim, acmışam, heç nə edə
bilmirəm, heç nə tələb edə bilmərəm. Ümid edirəm ki, ictimai
məktəblərə məktəb qidası tezliklə gətiriləcək”, –
Lali Marqiani bildirir.
Qeyd edək ki, dünya ölkələrinin 90% müxtəlif dərəcədə məktəbdə
qidalanma və proqramlarla təmin edilib.