Marneuli-Bolnisi yolunda qəza nəticəsində ölən yeniyetmə Marneuli 1 saylı ictimai məktəbinin şagirdi olub
Marneuli 1 saylı ictimai məktəbindən verilən məlumata görə, dünən axşam saatlarında Marneuli-Bolnisi yolunda baş vermiş qəza nəticəsində ölən az yazşlılardan biri həmin məktəbin 8-ci sinif şagirdi Nail Abdullayevdir.

Məktəb rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir.


Yol-nəqliyyat hadisəsi dünən, yanvarın 8-də baş verib. Bolnisinin Həsənxocalı (Balaxauri) kəndində yol kənarında tərəvəz satan iki azyaşlını sürətlə hərəkət edən avtomobil vurub. Qəza nəticəsində iki yeniyetmə ölüb, bir nəfər isə yaralanıb. Azyaşlılar yerindəcə dünyasını dəyişiblər. Avtomobildə olan sərnişinlər də xəsarət alıblar. Sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google