İsveç polisi dörd islamçını Stokholmda terror aktı hazırlamaqda
ittiham edərək saxlayıb.
İslamçıların saxlanılması ilə bağlı məlumatı İsveç Təhlükəsizlik
Xidməti və Prokurorluğu yayıb.
“Biz ciddi mütəşəkkil cinayətkarlıqla əlaqələri, eləcə
də onların qondarma İslam Dövləti terror təşkilatı ilə beynəlxalq
əlaqələrini görürük”, - İsveç təhlükəsizlik
xidmətinin sözçüsü bildirib.
İsveç
Təhlükəsizlik Xidməti saxlanılan islamçılar və onların
ittihamları ilə bağlı başqa təfərrüatlar açıqlamayıb. Polisin
açıqlamasına görə, dörd islamçının saxlanılması işin dərindən
araşdırılmasından sonra baş verib.