Amerikalı senator Gen Şahin bildirib ki, “Gürcü Arzusu”
hökumətinin atdığı addımlar, cavabsız qalmayacaq. “Amerikanın səsi”
onun bəyanatını yayıb.
“Biz [Gürcüstan] hökumətinin hazırkı liderlərinə,
onların “Gürcü Arzusu”na açıq şəkildə bildirmək istərdik ki,
onların hərəkətlərinə qarşı cavabımız olacaq. Biz Gürcüstandakı
qeyri-hökumət təşkilatları, öz Milli Demokratiya İnstitutumuz və
Gürcüstanda belə yaxşı iş görmüş Beynəlxalq Respublikaçılar
İnstitutu ilə danışdıq.
Bizə deyirlər ki, bu qanun çərçivəsində fəaliyyətlərini davam
etdirə bilməyəcəklər. Ona görə də [təqdim etdiyimiz qanun layihəsi]
bu qanunun qəbulunda iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq
edəcək”, - deyə o bildirib.
Şahin həmçinin bildirir ki, “Gürcü arzusu”nun atdığı addımlar
ABŞ-Gürcüstan hərbi əməkdaşlığına təsir edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415