Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, onların
həyata keçirdikləri antiterror fəaliyyəti nəticəsində bir Gürcüstan
vətəndaşı terrorçuluq haqqında yalan məlumat vermək faktı ilə
saxlanılıb.
“Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalara əsasən, bu
il mayın 6-da saxlanılan şəxs Batumi şəhərinin iri ticarət
mərkəzlərindən birində partlayıcı qurğunun olması barədə məlumat
verib. Daxil olmuş bildirişlə əlaqədar Dövlət Təhlükəsizliyi
Xidmətinin terrorçuluğa qarşı mübarizə bölmələri tərəfindən
sözügedən ticarət mərkəzində terrorçuluğa qarşı protokolda nəzərdə
tutulmuş müxtəlif növ xüsusi tədbirlər həyata keçirilmiş, nəticədə
əhalinin toplaşdığı yerdə partlayıcı qurğunun olმაması müəyyən
edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi
Gürcüstan Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək azadlıqdan
məhrumetməni nəzərdə tutan 331-ci maddəsi ilə araşdırma aparır.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq
tədbirləri çərçivəsində ölkə ərazisində müxtəlif dövrlərdə əhalinin
toplaşdığı yerlərdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində
və beynəlxalq hava limanlarında onlarla yalan məlumat müəyyən
edilib. Terrorla mübarizə aparan araşdırmalar nəticəsində
mesajların böyük hissəsinin xaricdən göndərildiyi müəyyən edilib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfdaş ölkələrin müvafiq qurumları
ilə birlikdə yalan məlumatların arxasında duran şəxslərin və
qrupların müəyyənləşdirilməsi istiqamətində fəal iş aparır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi qeyd
olunan faktlarla bağlı araşdırmalarını aktiv mərhələdə davam
etdirir. Hazırda konkret şəxslər müəyyən edilib, barələrində
əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Eyni
zamanda vurğulayırıq ki, Dövlət Təhlükəsizliyi Xidmətinin
terrorizmlə bağlı yalan məlumatların faktlarına reaksiyası kifayət
qədər sərt olacaq”, - Dövlət Təhlükəsizliyi
Xidmətinin bəyanatında deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415