Küçə ticarəti mövzusu ilə bağlı meriyadan 10 günlük gözlənti - "nə sifariş verdik, nə gəldi"


Marneuli bazarının ətraf ərazisində küçə ticarəti yenə də problem olaraq qalır. Satıcıların qurduğu piştaxtalarda əsasən pendir, xama, qatıq və yumurta satılır. Göründüyü kimi burada süd məhsullarını yalnız vizual olaraq yoxlayırlar.

Ancaq təəccüblüdür ki, alıcıları da çoxdur. Alıcıların çox sayda olmasının səbəbi qiymət fərqinə görədir. Ticarətçilər bazarın daxili ərazisinə keçidin onlar üçün əlverişli olmamasını qeyd edirlər.

Süd məhsullarının vizual yoxlanılması, temperatur rejiminin qorunmaması, antisanitariya - bunlar Marneuli bazarının ətraf ərazisindı rastlaşacağınız problemlərdir. Bu problemlərin həll edilməsi məqsədi ilə Marneuli meriyası küçə ticarətçilərinə dəfələrlə xəbərdarlıq edib.

Ancaq küçə ticarətinin qadağan olunması hansı mərhələdədir və yerli özünüidarəetməyə bununla bağlı rəsmi məktub yazdıq. Ancaq bir neçə cümləni yazmaq üçün meriaya 10 gündən çox vaxt lazım oldu.

Cavab ənənəvi olaraq həmişəki kimidir, heç bir nəticə vermir və məktubdan yalnız onu başa düşə bilərik ki, "Marneuli bələdiyyəsinin ərazisində, həmçinin, Marneuli-Sadaxlı yolunun ətraf ərazisində olan küçə ticarəti məsələsi ilə bağlı bələdiyyə müvafiq müəssisələrlə birgə küçə ticarətinin tənzimlənmə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə müzakirə olunmalı məsələlərin öyrənilməsi prosesini həyata keçirir".

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები