“Gürcü Arzusu”nun sifarişi ilə “Psixolayihə” tərəfindən keçirilən
2018-ci il prezident seçkiləri eqzit-polunun nəticələri məlum olub.
“Gürcü Arzusu”nun eqzit-polunun nəticələrinə görə, prezidentliyə
namizədlərin topladığı səslər aşağıdakı kimidir:
- Salome Zurabişvili – 52.3%
- Qriqol Vaşadze – 28.1%
- Davit Bakradze – 9.2%
- Digər namizədlər – 10.4%
“Psixolayihə” Zurab Biqvava tərəfindən
təsis edilmiş araşdırma
şirkətidir. Biqvava özü isə illərdir ki, Bidzina İvanişviliyə
yaxınlığı ilə tanınır.
“Rustavi 2”nin keçirdiyi eqzit-polun nəticələri isə kəskin
fərqlənir. “Rustavi 2”nin nəticələrinə görə, seçkilərin 2-ci turu
mütləq keçiriləcək.