İllik əmlak vergisi bəyannaməsinin gecikdirilməsinə görə sanksiya nəzərdə tutulur - müddət sabah başa çatır
1 noyabr tarixində fiziki şəxsin əmlak vergisi illik bəyannaməsinin təqdim olunma vaxtı başa çatır. Bu tarixdən sonra təqdim olunacaq bəyannamələr gecikmiş hesab olunacaq. Bəyannamənin gecikdirilməsi halında isə vergi qanunvericiliyinə əsasən müvafiq məsuliyyət (sanksiya) nəzərdə tutulur.

Fiziki şəxslərin əmlak bəyannaməsini Gürcüstan ərazisində vergiyə tabe tutulan əmlakı olan və ötən il ailə gəliri 40 000 laridən artıq olan
şəxslər təqdim etməlidirlər. Bundan başqa ailə gəlirinin miqdarından asılı olmayaraq Gürcüstan ərazisində əmlak vergisindən azad olunmamış kənd təsərrüfatı təyinatlı və ya qeyri-kənd təsərrüfatı təyinatlı torpağı olan şəxslər də bəyannamə təqdim etməlidirlər.

Vergiyə tabe tutulan əmlaka hər növ daşınmaz əmlak, yaxta, helikopter, təyyarə və avtomobil aiddir.

Əgər şəxs ötən il bəyannamə təqdim edibsə, və ya vergi orqanı tərəfindən vergi qoyulubsa və bəyan ediləcək məlumatlar dəyişməyibsə, bu halda həmin şəxs bəyannamə təqdim etməyə bilər. Belə olan təqdirdə vergi orqanı proqram əsasında əvvəlki hesabat ilindəki məlumatlara görə vergi müəyyənləşdirəcək.

Bəyannamə elektron şəkildə Gəlir Xidmətinin veb səhifəsində təqdim olunur.

Print ელ. ფოსტა
FaceBook Twitter Google