Marneulidə Milli Hərəkatın liderlərindən biri saxlanılıb
Marneuli Bələdiyyə Məclisinin üzvü, “Milli Hərəkat”-ın liderlərindən biri olan Rəhim Əsgərov saxlanılıb. Hal-hazırda onun Algeti kəndindəki evində axtarış aparılır. Hadisə yerinə patrul polisi cəlb olunub.

Partiyanın liderlərindən olan Parlament üzvü Azər Süleymanovun dediyinə görə, Rəhim Əsgərov təqribən yarım saat əvvəl saxlanılıb və Rustavi Polis İdarəsinə aparılıb. Onun sözlərinə görə, partiya üzvləri çətinliklə də olsa evin axtarışında vəkilin də iştirak etməsinə nail ola biliblər. Azər Süleymanov onların partiyasının üzvünün saxlanılması səbəbləri haqqında hələlik heç nə deyə bilməyəcəyini bildirdi.

“Marneuli” radiosu Daxili İşlər Nazirliyindən Əsgərovun saxlanılmasının səbəblərini öyrənməyə çalışır...


Print ელ. ფოსტა
FaceBook Twitter Google