Bu gün, 1 may tarixində Marneulidə yerləşən Mədəniyyət Mərkəzində
“İşlə Təminolunma Forumu” keçirilib.
Forumda Marneuli Bələdiyyə Məclisinin üzvləri, layihə
təşkilatçıları və iyirmiyə yaxın müxtəlif kompaniya nümayəndələri
iştirak edirdilər. Bu barədə proqram Kouçu Ləman Məmmədova bildirdi
ki, layihə qadınların gücləndirilməsi və işlə təminolunmasını
nəzərdə tutur.
“Bu “SHUTTLE” proqramıdır və işləməyən eləcə də, işləyə
bilməyən qadınların işlə təminolunmasını nəzərdə tutur. Sosial və
şəxsi bacarıqların gücləndirilməsi proqramıdır, hansı ki, 15 may
tarixindən etibarən başlayacaq. Həmin qadınlara isə biznes planının
və CV-nin yazılması qaydaları haqqında təlimlər keçiriləcək.
Təlimlər başa çatdıqdan sonra onlar daha asan işlə təmin oluna və
öz biznes planlarını həyata keçirə biləcəklər. Qeyd olunan təlimlər
3 ay intensiv şəkildə davam edəcək və bundan əlavə qadınlar həftədə
bir dəfə əlavə olaraq qadınlar üçün fərdi təlimlər keçiriləcək. Bu
təlim ərzində iştirakçı qadınlar öz şəxsi potensillarını maksimum
dərəcədə necə üzə çıxara bilərlər onları öyənəcəklər.
Əlavə olaraq, hər bir iştirakçı üçün psixoloji konsultasiyalar da
həyata keçiriləcək”, - Ləman Məmmədova dedi.
Bundan əlavə, forum təşkilatçısı Tamar Tabukaşvili “Marneuli”
radiosu ilə söhbəti zamanı qeyd etdi ki, belə tədbirlərin hər yerdə
keçirilməsi mühümdür.
“Bizim regionlarda mərkəzlərimiz var, eləcə də Kvemo
Kartlidə Rustavidə, Marneulidə xidmət göstəririk. Forumlar
keçiririk, bu dəfə Marneulidə forum baş tutdu. 20-yə qədər şirkət
təqdim olunmuşdu ki, 100-ə qədər vakant yerləri var idi. Tədbirin
keçirilməsində Meriya və “Gənc Sahibkarlar Kəndin İnkişafı üçün”
mərkəzi dəstək oldu. Biz dövlət qurumuyuq. Bizim xidmət
mərkəzlərinə müraciət edə bilərlər, eləcə də qaynar xəttə zəng vura
bilərlər. Sosial şəbəkəmiz də var, əhali daha çox sosial şəbəkədn
istifadə edir. Hər həftə feysbuk səhifəmizə layihələrimiz haqqında
məlumat yerləşdiririk. Həmçinin, müxtəlif istiqamətlərdə peşə
təhsili almağa da kömək edirik. İnsanlara, gənclərə peşə
bacarıqlarını inkişaf etdirməkdə kömək edirik", -
Tamar Tabukaşvili qeyd etdi.
Qeyd edək ki, layihə Marneulidə Azərbaycanlı Qadınlar İttifaqının
təşkilatçılığı və Avropa İttifaqı tərəfindən dəstəklənən “Gender
Zorakılığının Aradan Qaldırılması və Gender Bərabərliyi məqsədi ilə
Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində həyata
keçirilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.