Qızılhacılıda heyvanların ölümünə fermerin qeyri-düzgün tədbirlərin səbəb olduğu güman edilir
61 baş iri buynuzlu mal-qara Qızılhaclı kəndində dünən, 9 mayda gənəyə qarşı dərmandan istifadə etdikdən sonra ölüb. Güman ki, bu fermerin səhv hərəkətinə görə olub.


Bizimlə söhbət zamanı Milli Ərzaq Agentliyinin Kvemo Kartli İdarəsinin sədri Miranqula Liparteliani bidirdi ki, ilkin tədqiqata görə fermer tərəfindən dərmanın səhv istifadə olunmasından şübhələnirlər, ancaq yekun nəticə ekspert tərəfindən çıxarılacaq.

“Biz tədqqiat apardıq və başqa tərəfi də istisna etmirik. Yenə də sığortalanmaq üçün pataloji material götürdük və laboratoriyaya göndərmişik. Nəticələr çıxan kimi maraqlanan tərəflərə göndərəcəyik” – Miranqula Liparteliani deyir.

Liparteliani qeyd edir ki, mal-qara müvafiq nəzarət altında məhv olub və onun ticari bazara çıxarılması mümkün deyil.

Dərmanların düzgün dozada istifadə olunmamasını Qızılhacılı kəndinin baytar həkimi də istisna etmir. Marneulili baytar Anar Məmişov hadisə yerinə dünən özü gedib və 50-dən artıq mal-qaranı xilas edə bilib.

"Zəhərlənmə çox güclü idi. Bilmirəm nədən olub. Mənə zəng vurdular getdim. 20 dəqiqəyə getdim orada inəkləri yuduq. Uşaqlara zəng vurdum 10 tonluq çən gətirdilər bir-bir hamısını yuduq. Bütün kənd sakinləri kömək elədi. Orada böyük iş görüldü. Sonra iynələr vurduq. Həkimin eyni zamanda 25 iynə vurması asan deyil. Yenə qeyd edirəm ki, baytar həkimdən soruşmadan heyvana heç bir dərman verməsinlər. Zəng vurub soruşsunlar" - Anar Məmişov dedi.

Elmin Qaxacov Qızılhacılılı fermerlərdən biridir və dünən onun çox sayda mal-qarası ölüb. Özünün dediyinə görə, biznesin pulunu bankdan götürüb və zərər 100 000 lariyə qədər məbləğ təşkil edir.

"Dünən saat 1, 2-yə işləmişdi başladım çimizdirdim. Çimizdirdim dərhalda çölə çıxartdım. Elə 30-40 metrə ordan bura yoxdur heç. Elə bura gəldim hamsı yıxıldı öldü. On dəqiqənin içində hamısı öldü hamısı. Sonradan həkim gəldi. Nəbilim sonra vetaptekdən dərmanlar aldıq yenə. Xeyri olmadı. Təmiz anaları öldü balaları qaldı bircə. Ümumi 130-dənə idi. 56-dənənəsi öldü. 40 mənim idi. 16-sı dayımıdı, ikisi isə qonşunun idi. Bankdan kredit götürdüm. Dedim asma irəli gedəm. Bu dəqiqə üçü yenədə öldü. O dur baxın yatanlarda yaxşı deyil" - Elmin Qaxacov dedi.

Zərərçəkən mal-qaranı zəhərləyən dərmanı Marneulinin apteklərinin birindən alıb. İndiki mərhələdə özünü və ya apteki günahlandırmaqda çətinlik çəkir. Yalnız onu deyir ki, dozanı bir az artıq edib. Ancaq başqa vaxt zəhərlənmə halları olanda da belə edirmiş və mal-qaraya heç nə olmayıb. Marneulinin baytar aptekində satıcı isə fermeri günahlandırır.

“Şüşəyə yazılıb ki, 10 litr suya 15 qram tökməlisən. Bu normal dozadır. Bundan inək ölməzdi. 9 ildir ki, burada çalışıram. Belə hal heç vaxt olmayıb. Sadəcə dozasını artıq edib. Çimizdiriblər və otaracaa aparıblar. Dozası artıq olub deyə ölüblər” – batar aptekin nümayəndəsi deyir.

Baş verən faktla bağlı Daxili İşlər Nazirliyində Gürcüstan Cinayyət Məcəllədinin 188-ci maddəsi ilə istintaqa başlayıb. Maddə ehtiyatsızlıqdan əşyaya zərər vurmaq və ya məhv etməyi nəzərdə tutur.



Print ელ. ფოსტა
FaceBook Twitter Google