Marneuli bələdiyyəsində güclü yağış nəticəsində kəndləri və
Marneuli küçələrini su basıb. Ən böyük zərər bazar ərazisinə
dəyib.
Güclü yağan yağış nəticəsində Algeti çayı daşaraq bazar
ərazisindəki ticarət piştaxtalarını, mal və məhsulları aparıb.
Bazarda kiçik biznes sahibləri hazırda təmizlik işləri
aparırlar.
Ərazidə texnika işləyir. Bazar rəhbərliyi dəymiş ziyanın nə qədər
olduğunu hələ dəqiqləşdirə bilmir. Rəhbərlik ən azı bir həftəlik
müddətdən danışır.
Marneuli meriyası 26 may tarixində dəymiş zərəri hesablayacaq
komissiyanın yaradıldığını bildirdi. Zərərçəkənlərin dəyən zərəri
meriyaya bildirmələri üçün qaynar xətt yaradılıb.
Ötən gecə yağan güclü yağış nəticəsində Algeti çayı məcrasından
çıxıb və Marneuli küçələrini su basıb.
Marneulidə təbii fəlakət bölgəsindən insanları helikopterlə təxliyə
etmək l
azım gəlib.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayımlayıb və yazıb ki,
görülən xilasetmə tədbirləri nəticəsində onların hamısı
xilasedicilər tərəfindən təhlükəsiz əraziyə aparılıb.
"Güclü yağışlar nəticəsində Marneuli bələdiyyəsində
yaşayış evləri və müxtəlif obyektlər su altında qalıb. Onlar
arasında çayın daşması nəticəsində Qırmızı körpünün yaxınlığında,
içərisində vətəndaşlar olan iaşə obyektlərindən birini su basıb.
Xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində
onların hamısı təhlükəsiz əraziyə çıxarılıb. Xilasetmə tədbirlərinə
sərhəd polisi helikopteri də cəlb olunub. Fövqəladə Hallar
Xidmətinin xilasetmə qrupu və sərhəd polisinin helikopteri Bolnisi
bələdiyyəsinin Naxiduri kəndində Ktsia çayı ərazisində qalmış
vətəndaşı təhlükəsiz əraziyə çıxarıblar”, – bəyanatda
deyilir.