Bütün seçki məntəqələri vaxtında açılıb – MSK

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün seçki məntəqələri vaxtında səhər saat 8:00 da açılıb və səsvermə prosesi davam edir.


Mərkəzi Seçki Komissiyasının baş katibi Ana Mikeladzenin dediyinə görə, seçki administrasiyası seçkilərin peşəkar və hər kəs üçün əlçatan şəraitdə keçirilməsi üçün hazırdır.

“Seçicilərə xatırladırdıq ki, o, seçki məntəqəsinə gedəndə Gürcüstan vətəndaşının şəxsiyyət vəsiqəsi və ya Gürcüstan vətəndaşının pasportu yanında olmalıdır. Seçicilər Gürcüstan prezidenti seçkilərinin 2-ci turunda öz səslərini 28 oktyabr, seçkilərin 1-ci turunda səs verdikləri məntəqədə verəcəklər”, – Mikeladze bildirib .

Onun dediyinə görə, öz məntəqəsinin ünvanını dəqiqləşdirmək istəyən seçici Mərkəzi Seçki Komissiyasının veb səhifəsindən faydalana bilər, buradan onlayn rejimdə və ya MSK-nın məlumat mərkəzinə - 2 51 00 51 nömrəsinə zəng vuraraq əlavə məlumatlar da əldə etmək olar.

Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google