Bu
gün, 28 noyabr tarixində Gürcüstan prezidenti seçkilərinin ikinci
turu keçirilir.
28 noyabr seçkilərində prezidentlik uğrunda 2
namizəd – Qriqol Vaşadze və Salome Zurabişvili mübarizə
aparır.
Bu namizədlər seçkinin birinci turunda seçici
səsini ən çox toplayan namizədlərdir. Ancaq qələbə üçün yetərli
(seçkilərdə elan olunmuş seçici sayından 50%-dən artıq) səs toplaya
bilməyiblər.
“Gürcü Arzusu”nun dəstəklədiyi namizəd Salome
Zurabişvili birinci turda 38,64%, Birləşmiş Müxalifətin namizədi
Qriqol Vaşadze isə 37,74% səs toplamışdır.
Qanunvericiliyə əsasən prezident seçkilərin
ikinci turunda ən çox səs toplayan namizəd olacaq.
3 milyon 528 min 658 seçicinin 3 703 seçki
məntəqəsidə səs vermək imkanı var. Bu məntəqələrdən 55-i xaricdə,
11-i isə istisna hallar üçün yaradılmış məntəqədir.
Seçicilər 28 oktyabrda açılmış seçki
məntəqələrində səs verəcəklər.
Seçicilər saat 20:00-a qədər səs verə
bilərlər. Bu zaman seçki məntəqləri bağlanacaq. Xaricdə açılan
seçki məntəqələri əlavə vaxt ərzində çalışacaqlar və səs vermə
prosesi davam edəcək. Bu ölkələrdə seçki prosesi yerli vaxtla
24:00-a qədər davam edəcək.
Əfqanıstanda xidmət göstərən gürcü hərbçilər
isə 26 noyabrda səsvermədə iştirak ediblər. “Onların səsi 28
noyabrda Gürcüstanda səsvermənin başa çatmasından sonra MSK-da
sayılacaq”- MSK-dan bildirilir.
MSK-nın məlumatına görə, seçiciyə bir seçki
bülleteni veriləcək, seçici istədiyi namizədin seçki nömərsini
dairəyə almalıdır.
“Birdən çox namizədin nömrəsi, hamısı və ya
heç biri dairəyə alınmayıbsa belə bülleten etibarsız hesab olunacaq
və səs sayılmayacaq”.
MSK-nın məlumatına görə, seçki dairələrinə
artıq bülletenlər verilib və bülletenlər gürcü, erməni və
azərbaycan dilində çap olunub.
MSK-nın məlumatına görə, 28 noyabr seçkiləri
üçün qeydiyyatdan keçmiş və müşahidı aparacaq seçki subyektlərinin
sayı 17 000-ə qədər nümayəndədir. 48 000-dən çox yerli və 1300-dən
çox xarici müşahidəçi qeydiyyatdan keçib. Seçki prosesini 2300-ə
qədər jurnalist işıqlandıracaq.