Fransa hökuməti Gürcüstan vətəndaşlarının qanuni qaydada işlə təmin olunmaları ilə bağlı qanun qəbul edəcək
Gürcüstan xarici işlər naziri Davit Zalkalianinin açıqlamasına görə, Fransa hökuməti Gürcüstan vətəndaşlarının qanuni qaydada işlə təmin olunmaları ilə bağlı qanun qəbul edəcək.

Zalkaliani jurnalistlərə açıqlamasında qeyd edib ki, müqavilə qüvvəyə mindikdən sonra Gürcüstanlı gənc mütəxəssislər, o cümlədən Fransada ali təhsil almış şəxslər Fransada işlə təmin olunmaları üçün müvəqqəti yaşayış icazəsi ala biləcəklər.
"Gürcüstan hakimiyyəti və Xarici İşlər Nazirliyi Gürcüstan
vətəndaşlarının qanuni qaydada işlə təmin olunmaları ilə bağlı tərəfdaş ölkələrlə razılığa gəlmək üçün fəal şəkildə çalışır. Biz mühüm nəticələr əldə etmişik. Fransa ilə saziş imzalamışıq ki, bu sazişi də Fransa Parlamenti ratifikasiya edib. Ötən gün isə Fransa prezidenti bu müqaviləni imzalayıb və artıq qanun kimi təqdim olunacaq. Bu saziş Gürcüstan vətəndaşlarının Fransada qanuni qaydada işləmələrinə imkan yaradacaq. Bu çox mühüm nailiyyətdir. Bu sazişin qüvvəyə minməsindən sonra, gənc gürcü mütəxəssislər, o cümlədən Fransada ali təhsil almış şəxslər işlə təmin olunmaları üçün Fransada müvəqqəti yaşayış icazəsi ala biləcəklər. Yaxın zamanda qanunun nə vaxt qüvvəyə minəcəyi ilə bağlı məlumat verəcəyəm. Bu qanunun nüansları barədə müvafiq şərhlər veriləcək. Biz bu istiqamətdə başqa ölkələrlə də çalışırıq, bu ölkələr Polşa və İsraildir. Bu prioritet istiqamətlərdən biridir”, – nazir deyib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google