Azərbaycanlı gənclər Avaqyanın büstünün qoyulmasına etiraz etdilər (LIVE)
Bu gün, 8 fevral tarixində Tbilisidə Parlament
binasının qarşısında Mixeil Avaqyanın Axalkalakidə ucaldılmış
abidəsi ilə bağlı azərbaycanlı gənclər tərəfindən aksiya
keçirildi.
Aksiyada tələbələr, fəal gənclər, QHT sektorunun nümayəndələri, bir
sıra siyasətçilər və gürcü ictimaiyyət nümayəndələri iştirak
edirdilər. Aksiyada çıxış edənlər Axalkalakidəkidə tez bir zamanda
büstün götürülməsini tələb edirdilər. Aksiyada Gürcüstan
parlamentinin deputatı Azər Süleymanov, Malxaz Maçalikaşvili, Əli
Babayev, Əhməd İmamquliyev, Əlibala Əsgərov, Benyamin Qasımov,
Simon Kopadze, Quram Marxuliya, Tengiz Txelava və digərləri çıxış
etdilər. Onlar çıxışlarında qeyd etdilər ki, Gürcüstanda
separatçının büstü tez bir zamanda götürülməlidir.
Aksiyada çıxış edənlər Gürcüstanın ərazi bütövlüyü uğrunda canından
keçən azərbaycanlı ölkə vətəndaşlarına indiyə kimi heç bir küçə və
ya abidənin olmadığını qeyd ediblər.
Qeyd edək ki, bugünkü aksiya 5 fevral tarixində baş tutmalı idi,
lakin aksiyadan bir gün öncə aksiyanin təşkilatşılarından biri olan
Sevinc Hümbətova “Facebook” səhifəsində paylaşım edərək aksiyanın
təxirə salındığını bildirmişdi. Buna səbəb olaraq Tbilisi
meriyasının aksiyasının keçirilmə tarixini dəyişdirməsi idi.
Xatırladaq ki, 20 yanvar tarixində Axalkalaki bələdiyyəsinin
Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixeil
Avaqyanın büstünün açılışı olmuşdu. Abidənin qoyulması etirazlara
səbəb olub.