Marneulidən olan Rafiq Xudiyev Kung Fu üzrə Dünya çempionu olub (FOTO/VİDEO)
14:29 / 24.05.2024
Əslən Marneulidən olan Rafiq Xudayev İtaliyanin Peruca şəhərində
keçirilən Kung Fu üzrə Dünya çempionatının qalibi olub.
Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərən
Azərbaycan Kung Fu Federasiyasının yığma komandasının üzvü olan
Xudayev 16-19 may tarixlərində Kung Fu üzrə Dünya çempionatında
iştirak edib.
İdmançı “Marneuli” radiosuna bildirdi ki, o, bir çox beynəlxalq
yarışlara qatılıb və uğurlar əldə edib.
“Mən özümü tanıyandan idmanla məşğul oluram. Bu günə
qədər 4 dəfə dünya çempionu, müxtəlif turnirlərin qalibi və
mükafatçısı olmuşam. Həmçinin əməkdar idman ustası və əməkdar
məşqçiyəm”.
İtaliyada keçirilən çempionatda böyüklər, veteranlar, yeniyetmə,
gənclər və kadetlerden ibarət olan 25 azərbaycanlı idmançı iştirak
edib. Ümumilikdə yarışda 23 ölkədən 870 idmançı öz qüvvəsini
sınayıb.
Azərbaycan Kung-fuçulari Kung Funun sanda növündə 8 qızıl, “light
sanda” növündə 3 qızıl, 2 gümüş, veteranlar arasında “light sanda”
növündə 2 qızıl, yeniyetmə və kadetler arasında “light sanda”
növündə 7 qızıl, 3 gümüş medal qazanıblar.
Bununla da komanda hesabında birinci yerə layiq görülüblər. Yarışda
iştirak edən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin
əməkdaşları Rafiq Xudayev dünya çempionu olub, digər əməkdaş Taleh
İsayev yarışın ən texnikalı idmançısı seçilib.
Xudayev deyir ki, qələbə qazanmaq gözəl bir hissdir və bunu sözlə
ifadə etmək mümkün deyil.
“Çempion olmaq hissini bir cümlə ilə izah etmək mümkün
deyil. Yarış öncəsi xəstələndim deyə bir az həvəsdən düşmüşdüm.
Amma qələbə ümidim var idi. Mötəbər yarışda Azərbaycanı təmsil
etmək məsuliyyətini dərk edirdim. Buna görə də qələbə
əhval-ruhiyyəsi ilə yarışa qatılmışdım və qələbə
qazandım”.
Qeyd edək ki, Rafiq Xudayev 1978-ci ildə Marneuli şəhərində anadan
olub. O, uzun illərdir ki, Azərbaycanda yaşayır. Rafiq Xudayev
Kunq-fu Sanda üzrə 3 qat dünya çempionu, Kikboksinq və Kunq-fu üzrə
"Sarvan" klubunun prezidenti, Azərbaycan Respublikasının əməkdar
idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisidir. O,
1985-ci ildən idmanın sambo növü ilə məşğul olmağa başlamışdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.
Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166