Rusiya müstəqil xəbər saytlarının verdiyi məlumata görə, fevralın
3-də Moskvanın
mərkəzində Ukraynada döyüşmək üçün səfərbər olan rus hərbçilərinin
arvadları və digər qohumlarının onların geri qaytarılmasına çağırış
etdiyi aksiyada əsasən jurnalistlər olmaqda iyirmidən çox insan
saxlanılıb.
Qohumlar Kreml divarları yaxınlığındakı Naməlum Əsgərin məzarına
gül dəstələri qoymaq üçün toplaşıblar. Onlar Rusiya prezidenti
Vladimir Putinin 2022-ci ilin sentyabrında Moskvanın Ukraynaya
qarşı
tammiqyaslı müharibəsində döyüş meydanında uğursuzluqlardan
sonra 300.000-ə qədər ehtiyatda olan hərbçinin "qismən səfərbər
edilməsi" əmrindən 500 gün keçməsini qeyd ediblər.
Həmin səfərbərlik çağırışı əhali arasında çox qeyri-populyar idi və
yüz minlərlə insanı hərbi xidmətə çağırılmamaq üçün xaricə qaçmağa
sövq etdi.
2022-ci ildə hərbi xidmətə çağırılan bəzi ehtiyatda olan
hərbçilərin həyat yoldaşları və qohumları onların tərxis olunmaları
və müqaviləli əsgərlərlə əvəzlənməsi üçün kampaniya aparıblar.
Şənbə günü nümayişini belə təşviqat qruplarından biri təşkil
edib.
Müstəqil Rusiya xəbər agentliyi SOTA.vision tərəfindən yayımlanan
videoda repressiyalardan qorxaraq adının şərti olaraq Antonina
olduğu qeyd edilən etirazçılardan birinin "Biz ərlərimizin sağ
qalmasını istəyirik" dediyi eşidilir.
"Mən tək yaşamaq istəmirəm! Və əgər (Rusiya hakimiyyəti) bunu başa
düşmürsə ... bilmirəm. Allah onların hakimi olsun", - o, göz
yaşlarını saxlayaraq SOTA.vision müxbirinə deyib.
Şənbə günü nümayiş The Way Home təşkilatı tərəfindən təşkil edilən
oxşar həftəlik nümayişlərdən doqquzuncusu və ən böyüyü idi.
Rusiyanın məşhur Telegram xəbər kanallarından biri təxminən 200
nəfərin iştirak etdiyini təxmin edir.