Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə
Dövlət Naziri Aparatının təşəbbüsü ilə Gürcüstanın qeyri-gürcü
dilli məktəb və sektorlarının doqquzuncu sinif şagirləri üçün “Mən
gürcü dilində yazıram” adlı müsabiqə elan olunub.
Müsabiqənin məqsədi dövlət dilinin məşhurlaşdırılması, etnik azlıq
nümayəndəsi olan şagirdlərin dövlət dilində yazmaq
kompetensiyasının inkişafı və həvəsləndirilməsidir.
Müsabiqə üç mərhələ olaraq keçiriləcək:
- Birinci mərhələdə hər bir qeyri-gürcü dilli
məktəb/sektor seçim etməli və müvafiq resurs-mərkəzə bir nəfər IX
sinif şagirdinin namizədliyini təqdim etməlidir. Məktəb seçim
meyarlarını müəyyən etməkdə sərbəstdir.
- İkinci mərhələdə məktəblərdən təqdim olunmuş
şagirdlər resurs mərkəzdə orta çətinlikdə olan 120/130 söz həcmində
imla mətni yazacaqlar. Nəticədə hər bir resurs mərkəz tərəfindən
iki qalib elan olunacaq.
- Üçüncü mərhələdə isə şagirdlər məhdud vaxt
ərzində orta çətinlikdə olan imla mətni yazacaqlar. Qaliblər daha
bir 150 sözlük çətin imla mətni yazacaqlar. Mətnləri müasir yazıçı
tərtib edəcək.
Yekunda İvane Cavaxişvili adına Tbilisi Dövlət
Universiteti tərəfindən yaradılmış komissia 3 qalibi 14 aprel gürcü
dili gününə həsr edilmiş tədbirdə elan edəcək.
Qalib müsabiqəçilərə diplom və hədiyyələr veriləcək.
Müsabiqə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti ilə
əməkdaşlıqla və Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman
Nazirliyinin dəstəyi ilə keçirilir.